Böyük Britaniyanın Genetika və toxum istehsalı üzrə ikinci böyük şirkəti olan “Cogent Breeding Ltd”nin satış təmsilçisi Henry Sandersan Respublika Süni Mayalanma Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsinin bir qrup tələbəsi üçün təlim keçib.
TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, süni mayalanmanın rolu və fərqli toxum növlərinin istifadəsi mövzusunda keçirilən təlimdə mövzu ətrafında danışılaraq, tələbələrin sualları cavablandırılıb.
Təlimdə çıxış edən Baytarlıq təbabəti fakültəsinin dekanı Şəlalə Zeynalova süni mayalanmanın ölkə iqtisadiyyatına verdiyi faydalardan danışıb.
Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Hüseynov bu sahədə ixtisaslı kadrların hazırlanmasının vacibliyini diqqətə çatdırıb. Həmçinin müasir avadanlıqlardan istifadə ilə bağlı məlumat verib.
Daha sonra Baytarlıq təbabəti fakültəsinin müəllimi Ramin Abbasov cins və yerli heyvanların reproduktiv göstəricilərinin təhlilini aparıb.