Logo

“100 saat astronomiya” tədbirləri başlayır

01.10.2025 16:19 37 baxış
IMG

Azərbaycan Resublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və “Tusi-Bohm Planetarium”da 2–5 oktyabr tarixlərində “100 saat astronomiya” layihəsi çərçivəsində ictimaiyyətə açıq tədbirlər keçiriləcək.

TƏHSİL.BİZ xəbər verir ki, Beynəlxalq Astronomiya İttifaqı tərəfindən hər il təşkil olunan layihənin builki mövzusu “Planetariumların 100 ili”dir və əsas mərkəz Yaponiyada, 135° şərq meridianı üzərində yerləşən Akaşi Bələdiyyə Planetariumu seçilib. Bu təşəbbüsün məqsədi astronomiyanı hər kəs üçün əlçatan etmək və insanları ulduzlar altında birləşdirməkdir.

Məlumat üçün bildiririk ki, Şamaxı Astrofizika Rəsədxanası və “Tusi-Bohm Planetarium” hər il bu tədbirlər silsiləsinə qoşulur. 2-5 oktyabr tarixlərində Şamaxı Astrofizika Rəsədxanasında “Açıq qapı” günləri, “Tusi Bohm Planetarium”da isə “Planetariumların 100 ili” filminin təqdimatı və həvəskar astronomların fotosərgisi təşkil olunacaq.

Qeyd edək ki, tədbirlər ictimaiyyətə açıqdır və hər bir vətəndaş dəvətlidir.

Şamaxı Astrofizika Rəsədxanası — “Açıq qapı” günləri

Tarix: 2-5 okyabr, hər gün 11:00-17:00

Ünvan: Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsi 

Tusi Bohm Planetarium - Film nümayişi

Tarix: 3 oktyabr – 18:30

            4 oktyabr – 15:30

            5 oktyabr – 15:30

Sərgi: 2–5 oktyabr tarixlərində gün ərzində açıq olacaq

Ünvan: Bakı, Park_Bulvar, 4-cü mərtəbə.

 


 

Xəbər lenti