Logo

İmişlidə “PeşəFest–2025” festivalı keçirilib

01.10.2025 16:23 57 baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) növbəti “PeşəFest–2025” festivalı İmişli rayonunda keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan tədbirin məqsədi gənclərin və şagirdlərin peşə seçiminə dəstək göstərmək, onların karyeraları ilə bağlı düzgün qərar verməsinə yardım etməkdir.

Festivalda dövlət qurumlarının nümayəndələri, məktəblilər iştirak ediblər. 

Çıxış edənlər “PeşəFest”in gənclərin maraqlarını artırmaqda və əmək bazarının tələblərinə uyğun seçim etmələrində əhəmiyyətini vurğulayıblar.

Festival çərçivəsində kibertəhlükəsizlik, data analitika, turizm təşkilatçısı, qida mühəndisliyi, diş texniki, baytarlıq və digər 14 peşə üzrə təqdimatlar keçirilib, mütəxəssislər iştirakçılara faydalı tövsiyələr veriblər.

 

 

 

 


 

Xəbər lenti