Logo

Elm və təhsil naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

26.11.2025 17:14 23 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev 19 dekabr tarixində Ağcabədi şəhərində vətəndaşları qəbul edəcək. 
 
TƏHSİL.BİZ xəbər verir ki, qəbulda Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər, Bərdə, Ağdərə, Laçın, Kəlbəcər sakinləri iştirak edə bilərlər.  
 
Adları çəkilən şəhər və rayonların sakinləri 10 dekabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
 
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Xəbər lenti