Logo

"Adım Ələsgərdir, Göyçədir mahalım" adlı tədbir keçirilib

13.10.2021 12:38 607 baxış
IMG

Oktyabrın 12-də ADPU-nun Quba filialında Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilən Adım Ələsgərdir, Göyçədir mahalım" adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir filialın Ədəbiyyat və dillər kafedrasının təşkilatçılığı ilə ərsəyə gəlib.Filialın AZD ixtisasının II tədris ili tələbəsi Nərmin Orucovanın moderatorluğu ilə başlayan tədbirdə açılış üçün söz əvvəlcə dosent Yusif Alıyevə təqdim edilib.

Tədbirin təşkilatçılığının əhəmiyyətini vurğulayan Yusif Alıyev, 2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olması münasibətilə Prezident İlham Əliyevin 18 fevral 2021-ci il tarixli Sərəncamını diqqətə çatdırıb və tədbirin mənəvi zənginliyini qeyd edib. Dos.Y.Alıyev: 

Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalında anadan olmuşdur.Uşaqlıq və yeniyetməlik illərini doğulduğu kənddə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdi. O, sənətin sirlərini kənd camaatının içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənmişdi. Əslində Aşıq Ələsgər yaradıcılığı o qədər dərin, fəlsəfi məzmuna malikdir ki, biz Dədə Ələsgər yaradıcılığını öyrənməyə bilmərik.Bu səbəbdən də belə görkəmli sənətkarlara həsr edilmiş bütün tədbirlər, konfranslar gənc nəslin tərbiyəsində, tariximizin öyrənilməsində olduqca əhəmiyyət kəsb edir.

Hələ kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedən Ələsgər mollaların hadisələrinə, dərvişlərin nağıllarına, aşıqların dastanlarına həvəslə qulaq asır. Güclü yaddaşı olduğundan eşitdiyi söhbətlərin hamısını hafizəsində saxlayar, sonra heç bir çətinlik çəkmədən başqalarına danışardı.

Daha sonra tədbirdə "Aşıq Ələsgər dünyası" adlı məruzə ilə çıxış edən filialın Ədəbiyyat və dillər kafedrasının müdiri dosent Gülşən Ağabəy Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin yaradıcılığına qısa nəzər salıb. Bildirib ki, onun əsərləri vətənpərvərlik, insansevərlik, el-obaya bağlılıq kimi yüksək insani keyfiyyətləri təcəssüm etdirən mükəmməl xəzinədir. Unikal aşıq sənətinin kamil bilicisi olmuş Dədə Ələsgər ədəbiyyatımızda aşıq yaradıcılığının yeni mərhələsinin banisidir. Onun yaradıcılığı ilə bağlı çoxsaylı tədqiqatlar aparılmış vəmüxtəlif səpkili araşdırmalar bu gün də davam etməkdədir.

Daha sonra "Adım Ələsgərdir, Göyçədir mahalım"mövzusunda çıxış edən filialın Tədris şöbəsinin müdiri Mələk Bağırova  xalq danışıq dilinə doğmalığı, səlisliyi ilə seçilən Aşıq Ələsgər irsinin ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirildiyindən söz açaraq söyləyib ki, ustad Ələsgərin əsərlərinin təbliği bütövlükdə ədəbiyyatımıza, mədəni irsimizə  göstərilən qayğının təzahürüdür.Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il tarixli və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında”22 fevral 2021-ci il tarixli Sərəncamları həmin diqqət və qayğının davamıdır.Daha sonra tədbirdə "Aşıq Ələsgər poeziyasında janr, dil və üslub xüsusiyyətləri" mövzusunda filialın əməkdaşı Aytən Seyidova çıxış edərək Dədə Ələsgərin yaradıcılığındakı bir slra nümunələri təhlil edib,,görkəmli aşığın təhsil almamasına baxmayaraq belə qiymətli əsərlər ortaya çlxarmasının əhəmiyyətini vurğulayıb.
 mövzusunda məruzə ediblər.

Ümumilikdə bütün məruzəçilər görkəmli saz və söz ustadı Aşıq Ələsgərin keşməkeşli həyatı, zəngin bədii irsi, yaradıcılığının dil və üslub xüsusiyyətləri haqqında ətraflı məlumat verərək aşığın qoşma, gəraylı, dodaqdəyməz və təcnislərindən ibarət nümunələr üzərində təhlillər aparıblar. 

Tədbirə tələbələrin hazırladığı kompozisiyalar, Aşıq Ələsgər poeziyasına bəstələnmiş musiqi nümunələri da rəng qatıb.

Xəbər lenti