Neftin ixracı ilə məşğul olan böyük dovlətlərdən biri olan Səudiyyə Ərəbistanı neftə olan tələbatın aşağı düşməsi fonunda öz iqtisadiyyatını şaxələndirməyə doğru irəliləyir. Bunun üçün də bu dövlət 10 il ərzində süni zəka texnologiyasının inkişafı üçün 20 milyard dollar vəsait ayıracaq. Bu layihə Səudiyyə Ərəbistanın taxt-tacının vəliəhdi Məhəmməd ibn Salman tərəfindən başladılmış qlobal Vision 2020 strategiyasının bir hissəsi olacaq. Bu barədə Hightech.plus saytı xəbər verib.
“Biz, startaplar və innovasiyalı şirkətlər vasitəsilə süni zəkanı alternativ iqtisadi komponent qismində istifadə etməyə səy göstəririk. Bu məsələdə biz, süni zəkaya əlavə vəsait qənaəti və gəlir mənbəyi kimi baxırıq” - deyə Səudiyyə Ərəbistanın süni zəka və məlumatların idarəsinin (SDAIA) rəhbəri bildirib. Bu layihə üzrə olan təfərrüatlar hələ bilinmir. Lakin Məhəmməd ibn Salman-ın təmsilçilərinin sözlərinə əsasən Səudiyyə Ərəbistanı bu mövzuda çoxmərhələli plan hazırlayacaq və həmin plana süni zəka sahəsində tədqiqatlar, nizamlayıcı qanunlar, yeni iqtisadiyyat və bacarıqlar daxil olacaqlar.
Bu yeni layihə bir neçə müddət bundan SDAIA-nın IBM, Alibaba və Huawei şirkətləri ilə əldə etdiyi razılaşmaya uyğun gəlir. Qarşılıqlı anlaşma memorandumuna əsasən Səudiyyə Ərəbistanı süni zəka imkanlarının inkişafı üzrə milli proqramı işə salacaq, böyük texnoloji şirkətlər isə bu proqramın inkişaf etdirilməsində yardımçı olacaqlar. Layihənin qlobal məqsədi energetika sahəsində yeni həllərin yaradılması və ağıllı şəhərlər üçün infrastrukturun qurulmasıdır.
Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanında olacaq ilk ağıllı şəhər (Neom layihəsi) hələ 2017-ci ildə anons edilmişdi. Bu iddialı layihənin yaradıcılarının planlarına əsasən 500 milyard dollar dəyərində olacaq bu şəhər 2025-ci ilə kimi hazır olacaq. Sözügedən ağıllı şəhərdə 5G, aerotaksi, holoqramlar kimi real texnologiyalar və süni yağış şəraiti üçün buludların yerindəcə saxlanması ilə Ayın dronlar vasitəsilə proyeksiyası kimi futuristik texnologiyalar olacaq.