Logo

"Biz təhsilin inkişafına ictimai xidmət olaraq fəaliyyət göstəririk" - Emil Tağızadə ilə MÜSAHİBƏ

10.12.2021 22:19 4240 baxış
IMG

Tehsil.biz "Təhsil Forumu-2021" feysbuk qrupunun rəhbəri Emil Tağızadə ilə müsahibəni təqdim edir:

- Emil bəy, sosial şəbəkə  səhifələrinin  birində  sizinlə  bağlı  "fake"  profillə  məlumat  yayımlanmışdır. Həmin  məlumatdan  xəbəriniz  varmı və  nə üçün  həmin  yazıya  reaksiya  vermədiniz? 

- Bəli, məlumatım  var. Ancaq  mən  o cür  yazılara vaxt  ayırmağı  boş  və  mənasız  hesab   edirəm.  Çünki  ona  reaksiya  verməkdən   daha  önəmli  işlərimiz  var.  Bildiyiniz  kimi  biz  təhsilin  inkişafına  ictimai  xidmət  olaraq  fəaliyyət  göstəririk.  Görünür  ki,  bu  da  bir çoxunda  paxıllıq  hissi  yaradır.  

- Düşünürsünüz  ki,  bu  sizə  olan  paxıllıqdır?  Bəlkə  sifarişli  və  qərəzli  bir  yazıdır?

- Paxıllıq  da  ola  bilər,  sifarişli  də  ola  bilər.  Hər  iki  halda  mən  həmin  yazıya  heç  bir  reaksiya  vermədim.   Çox  sağ olsunlar,   tanımadığım  şəxslər   həmin  yazıya  fikirlərini  yazaraq  mənim  haqda  müsbət  fikirlər  yazıblar.  Hər  halda  “Elin  gözü  tərəzidir".

- Həmin   məlumatda   marağımızı  çəkən  bir  yazı  oldu.  Deyilirdi  ki,  nə  təhsili,  nə  də  iş  fəaliyyəti  təhsillə  bağlıdır.  Bu  haqda  nə  deyə  bilərsiniz?

- Mən  Mühasibat  uçotu  və  Audit  ixtisası  üzrə  həm  bakalavr,  həm  də  magistr  təhsilliyəm.  Mənim   ixtisasım  niyə  bu  qədər  narahat  edir  ki   onları,  mən  bunu  anlamıram.  Əgər  ixtisas  bu  qədər  narahatlıq  yaradırsa,  o  zaman  Təhsil  Nazirliyinə,  Təhsil  İnstitutuna,  BŞTİ-yə  və  bir  çox  Təhsil  Şöbələrinə  nəzər  salsalar,  ixtisası  aqranom,  zootexnik,  baytarlıq,  mühəndis,   iqtisadçı  və  digər  ixtisas  olduqlarının  şahidi  olacaqlar.  İş  fəaliyyətimə  gəlincə  isə  mən  artıq  3  ildir  ki,  Kurikulum,  Məntiq  və  Müsahibə  hazırlığı  ilə  məşğulam.  Müdavimlərimin nəticələri  də  göz  qarşısındadır.  Bundan  əlavə  hazırladığım  vəsaitlər  hesabına  on  minlərlə  müdavim  sərbəst  hazırlaşıb  müəllim  adını  alıb.  Hal – hazırda  3  onlayn  kursda   bu  istiqamətdə  tədris  edirəm. Bəs  bu  işlər  nədir,  təhsillə  bağlı  fəaliyyət  deyilmi? Onlara  demək lazımdır ki,  məgər kurikulum,  məntiq  və  müsahibə  hazırlığı  üçün  hansısa  pedaqoji  ixtisası  bitirməkmi  lazımdır? 

- Diqqətimizi   çəkən   bir  yazı  da   vardır  ki,  siz  məktəblərə   gedir,   direktorlara   və  müəllimlərə  diplom  və  sertifikatlar  təqdim  edirsiniz.  Bunu  necə  həyata  keçirirsiniz? 

- Bu  sualı  mənə  bir  çoxları  da  ünvanlayır.   Nəzərinizə çatdırım ki, hər  şeydən  öncə  mən  Media  nümayəndəsiyəm. Ayrı–ayrı vaxtlarda  müəyyən redaksiyalarda çalışmışam. Hazırda  isə  4  redaksiyanın  nümayəndəsiyəm. Media   nümayəndəsi  olaraq   sorğu  keçirə,  məlumatları  ictimailəşdirə,  müəyyən  müsabiqələr   təşkil  edə və   fəal  şəxsləri  mükafatlandıra  bilərik.  Bunun  nəyi  bəzilərini  narahat  edir ki?  Məqsədim  fəal  müəllimləri  tanıtmaq,  istedadlı  şagirdləri  tanıtmaq,  məktəblərin  fəaliyyətini  və keçirdiyi  tədbirləri  tanıtmaqdır. 

- Müəyyən  müsabiqələr  deyərkən nə  kimi  müsabiqələr  təşkil  etmisiniz  və  bunu  necə  həyata  keçirirsiniz?  

- Məsələn  əlamətdar  günlərlə  bağlı  rəsm  müsabiqəsi,  məqalə  müsabiqəsi,  şeir  müsabiqəsi,  olimpiada  yarışları  və  s.  Biz   bu  müsabiqələri  onlayn  qaydada  həyata  keçiririk  və  qaliblərimizi  diplom  və  sertifikatlarla  təltif  edirik.   Bundan  əlavə  Tanıdım  layihələrimiz  də  vardır  ki,  ictimaiyyətin  ən  çox  iştirak  etdiyi  layihələrdəndir.  Məsələn:  Tanıyaq  və  Tanıdaq  layihəsində  artıq  3000-dən  çox  müəllim iştirak edib.  Bizdən  sonra  bu  layihənin  oxşar  tipini  bir  çox  səhifələr,  hətta  AGMA   və  AMA  kimi təhsil  qurumları  da  həyata  keçirirlər. 

- Emil  bəy,  bəs  necə  oldu  ki,  bu  platformanı  yaratdınız  və  ictimaiyyəti  tez  bir  zamanda  bu platformaya  cəlb  edə  bildiniz?

- Mən  ilk  öncə müəllim  ailəsində  böyümüşəm.  Orta  məktəb  illəindən  riyaziyyatı  çox  sevmişəm.  Bu  məndə  məntiqə  daha  çox  meyil yaradıb.  Vatsapda   bəzi  məntiq   qruplarında  insanlara  bacardığım  qədər   köməklik  göstərirdim.  Sonra  özüm  vatsapda  məntiq   qrupları  yaratdım.  Tədricən  bütün  fənlər  üzrə  qruplar  yaratdım  və  həmin  qruplara  tanıdığım  uyğun  müəllimləri  inzibatçı  olaraq  təyin   etdim.   Qruplara   ehtiyac   çox  olduğundan  yer  məhdudiyyəti  yarandıqca  yeni  qruplar  yaratdım.  Sonra  düşündüm ki,  qruplara  nəzarət  çətinlik  yaradır,  ondansa  "Facebook" sosial  şəbəkəsi  üzərindən  bu fəaliyyətimizi  davam  etdirək.  Beləcə, 2019-cu  il  may  ayında  Təhsil  Forumu   Sosial  Platformasını  yaratdıq.  Qrupda  ilk vaxtlar  ancaq  müəllimlərə  ən  çox  vacib olan  bütün  fənlər  üzrə  KSQ,  BSQ,  Test  topluları,  Sınaq  İmtahan sualları,  Məntiq  Məsələləri,  Kurikulum  İzahları  və  Testləri  paylaşılırdı.  Bu  da  hər  kəsə  vacib  olduğu  üçün  ictimaiyyətin  marağına  səbəb  oldu.   

Xəbər lenti