Logo

Ana haqqı, Tanrı haqqı

21.12.2022 19:07 558 baxış
IMG

İlahi, necə həyatdır bu? Əlbəttə, hərkəsin həyatı enişli-yoxuşlu olur. Fəqət dünyanın üzünü görməyən balaların elə uşaqkən yaşadığı əziyyətlər, zülmlər çox ağrılıdır... 

Təbəddülatlı dünyada həyatın acısını-şirinini, istisini-soyuğunu bilməyən zərif qız uşağı və yalqız qalan anası vardır. Gözlərini dünyaya açandan ata sevgisi görmədi: ana qayğısı ilə böyüdü. Bir hissəsi yarım qaldı – tam olmadı. Hey ata sevgisinin necə olmağını düşündü. Ətrafdakı yaşıdlarına baxıb həsəd apardı. Öz-özünə hər gün sual verdi: "Atam yaşayır, bəs onun özü və sevgisi haradadır?". 

Zaman keçdi. Altıncı sinifdə oxuyanda təsadüfən atasının qohumlarına rast gəldi. Onlardan atasını görməyi xahiş etdi. Kaş istəməsəydi... Məsum qız istəyi onun için yandıracaq qedər deyil, məhv edəcək qədər dəhşətli oldu. Atasını gördü. Ondan yalnız sevgi istədi. Atası isə sevgi nədi, təbəssümünü belə ona çox gördü.  

Qızın xəyyaları sınıq-sınıq, arzuları parça-parça oldu. Bilirsiniz bu nə deməkdir?Ata qarşısında gözləri par-par parıldayan qızına – doğma övladına bircə gülümsəməyi, "mənim balam" deməyi belə dilə gətirməmək nə qədəe acılı, ağrılıdır... Yazıq qızcığaz. Həyatı anlayandan atasını həvəslə, həyacanla axtardı, aradı... Və qarşılığında bu mənzərəni gördü. 

Türk müdrikləri gözəl deyib: "Ağlarsa anam ağlar, başqası yalan ağlar". Qızını həmişə sevgiylə böyüdən, əlindən gələn qədər deyil daha artığını balası üçün edən anası vardı. Ana təkbaşına qızının ayaq üstə sağlam durması üçün, hər çətinliyi dəf edərək onun gələcəyi üçün bütün ömrünü, varlığını qurban verdi. Qızının təhsilli, savadlı olması üçün gecəsini gündüzünə qatdı. Qadın zərifliyi fiziki ağır işlər qarşısında mətanətlə tab gətirdi. 

Bir qarnı ac, bir qarnı tox, köhnə geyimli, nimdaş yaylıqlı ana üzünü-gözünü hər kəsdən gizlədərək qışı-yayı çalışdı. Bir Allahından, bir də qızından güc aldı. Zavallı qadının dəstək olan bir kimsəsi belə yox idi. Bəlkə də vardı, amma varlıqları ilə yoxluqları bilinmirdi.

Gözünün nuru olan qızına görə, onun bir qarın çörəyi üçün hər deyilən sözə səbr etdi. Ətrafın pis niyyətindən halal çörəy qazanmağın qınağına çəkilirdi. Gecəsi, səhəri işdən gəlib, işə gedərdi. Evlərində rahat yatan insanların tənəli "Gecə qadın işləməz" sözlərindən, qaniçən adamların şəxsiyyətsiz təbəssümündən, dəstək olmaq əvəzinə onların rişxəndlərindən qaçıb Allaha sığınırdı. 

Həyat qəribədir. Uşaqkən həyatın acı üzünü görən qız artıq ata sevgisi, isti yuva barədə heç nə fikirləşmir, anasını necə bu əzabdan qurtarmaq barəsində bir an öncə böyüyüb işləməyi düşünürdü. 

Zaman keçdi. Qız öz savadı ilə orta təhsilini də, ali təhsilini də başa vurdu. Savadlı kadr oldu. 

Bir otaqlı təmirsiz mənzil aldılar. Daha sonra yavaş-yavaş evi təmir etdilər.

Ana qızını min bir əzabla, əziyyətlə oxudub böyütdü və arzusuna çatdı. Bütün bunları yalnız tək başına etdi: Göydə qüdrətli Allahına, yerdə böyütdüyü tərbiyəli və təhsilli qızına sığınaraq... 

Südabə Məmmədova

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti