Logo

Ali məktəblərdə kibertəhlükəsizliyə dair təlimlər keçirilib - FOTO

08.05.2024 23:09 432 baxış
IMG

Cari ilin 29 aprel – 4 may tarixlərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən icra edilən “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris (çap və onlayn) vəsaitlərinin hazırlanması” layihəsinin icrası ilə əlaqədar ali təhsil müəssisələrində təqdimat və təlimlər baş tutub.

Tehsil.biz xəbər verir ki, adıçəkilən layihənin əsas məqsədini bakalavriat səviyyəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə tətbiq olunan təhsil proqramının icrasına dəstək verilməsi təşkil edib.

Bu məqsədlə “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri”, “Veb təhlükəsizliyi” və “Şəbəkə təhlükəsizliyi” fənnləri üzrə sillabus, mühazirələr toplusu və online tədris-metodiki vəsaitlər hazırlanıb. Materialların hazırlanmasında Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən sahə üzrə mütəxəssislər iştirak edib.

Belə ki, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri” fənni üzrə materiallar AKTA sədri, h.ü.f.d. Elvin Balacanov, h.ü.f.d. Təbriz Cəfərov (Raufoğlu), sahə üzrə tədqiqatçılar Vüqar Qədimov və Humay Hüseynova, “Veb təhlükəsizliyi” fənni üzrə materiallar “Samsung Electronics” şirkətinin əməkdaşı olan azərbaycanlı tədqiqatçı Adil Əliyev və hazırda “Microsoft” şirkətinin proqram təminatı üzrə mühəndisi vəzifəsində fəaliyyət göstərən Fərid Əhmədli, “Şəbəkə təhlükəsizliyi” fənni üzrə materiallar isə Mingəçevir Dövlət Universitetinin kafedra müdiri, dosent Aida Mustafayeva tərəfindən hazırlanmışdır.

29 aprel – 3 may tarixlərində isə Azərbaycan Memarlıq və İnşaat Universitetində, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında, Sumqayıt Dövlət Universitetində, Azərbaycan Texniki Universitetində, Bakı Mühəndislik Universitetində, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında, Azərbaycan Dövlət İqtisad Universitetində, Qərbi Kaspi Universitetində, Bakı Dövlət Universitetində və Bakı Ali Neft Məktəbində müvafiq materialların müəllifləri və AKTA eksperti Rəşad Əliyevin iştirakı ilə təqdimatlar və təlimlər keçirilmişdir.

Ümumilikdə, təqdimatlarda 500 nəfərdən çox tələbə, professor-müəllim heyətinin 50-yə qədər nümayəndəsi iştirak etmişdir.

4 may tarixində isə informasiya təhlükəsizliyi ixtisasını tədris edən aparıcı ali təhsil müəssisələrinin professor-müəllim heyəti, kiber klubların koordinatorları, AKTA-nın üzvü olan şirkətlərin nümayəndələri və müstəqil ekspertlərin iştirakı ilə bağlanış tədbiri keçirilib.

Tədbir çərçivəsində ali təhsil müəssisələrinin nümayəndələri tərəfindən informasiya təhlükəsizliyi ixtisası və mütəxəssis hazırlığı barədə fikirlər səsləndirilib və maraqlı müzakirələr aparılıb. Tədbir akademik sahə ilə sənayenin müzakirəsi formatında davam edib.

Tədbirin sonunda iştirakçılar informasiya təhlükəsizliyi ixtisasının ölkəmizdə inkişafı barədə ideyaları və gələcək baxışlarını bölüşüblər.

Müvafiq ixtisas üzrə digər fənnlərin də tədris-metodki vəsaitlərinin hazırlanması ilə bağlı razılığa gəlinib.

Ali təhsil müəssisələrində kibertəhlükəsizliyə dair təlimlər keçirilib - FOTO

Xəbər lenti