Logo

"Gələcəyin mühəndislərini bu gün yetişdirək "layihəsinin icrasına başlanılıb

15.12.2024 00:01 155 baxış
IMG

 

"Gələcəyin mühəndislərini bu gün yetişdirək "layihəsi icra olunmağa başlayıb.

TƏHSİL.BİZ xəbər verir ki, 4 ay müddətində davam edəcək layihənin məqsədi STEAM tədris modelinin uzaq kənd məktəblərində təbliği və tədris olunması, şagirdlərin İKT bacarıqlarını sürətləndirmək və yeni tədris üsulunu formalaşdırmaqdır. 

Layihə çərçivəsində məktəblilər 3D qələmlərlə iş, STEAM dərslərinin sirrləri, GNC lazer kəsim cihazları ilə iş, Nanotexnologiya, Biotexnologiya və uçuş aparatlarının modellərinin hazırlanması ilə dərindən tanış olacaqlar. Əraziyə yaxın məktəblərdən VI və VII sinif şagirdlərinin iştirakı ilə 40 olmaqla, 2 qrup üçün 48 saatlıq dərs keçiriləcək.

Xatırladaq ki, layihə Samux rayon İlham Məhərrəmov adına Yenikənd kənd tam orta məktəbində direktor İftixar Almuradovun rəhbərliyi ilə icra olunur. 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/e1873dee-097c-44d9-873e-2960b801b3b3_470224927_1154936469974795_3784653393443610674_n.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/dc639ea0-af84-4e21-8983-fb7455e9deaf_470129273_1154936399974802_7987305207426133994_n.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/a29caea7-3d71-4453-96ef-0c183f196dbe_gCySOhlE6RgwiG1nMo6rEo1HzTr6UPI9Hk3qm95G.jpg

 

 

 


 

Xəbər lenti