Məşqçi-müəllimlərin işə qəbulu zamanı idman federasiyaları ilə əməkdaşlıq etmək planlaşdırılır.
TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri, Təhsil Respublika İdman Mərkəzinin direktoru səlahiyyətlərini icra edən Rüstəm Ağayev “Məktəbdənkənar təhsil: Çağırışlar və perspektivlər” mövzusunda keçirilən respublika konfransında panel müzakirə zamanı deyib.