Logo

Peşə təhsili alanlar üçün karyera qurmaq mövzusunda seminar keçirilib

19.11.2025 10:48 32 baxış
IMG

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Job in Global” şirkətinin təsisçisi Ceyhun Sabirli tərəfindən “Türkiyədə turizm sahəsində iş imkanları və karyera qurmaq” adlı seminar keçirilib.
 

TƏHSİL.BİZ xəbər verir ki, seminarda iştirak edən gənclərə beynəlxalq turizm sektorunda karyera perspektivləri,  Türkiyədə peşə təcrübəsi və iş imkanları, praktik bacarıqların formalaşdırılması yolları barədə faydalı məlumatlar təqdim olunub.

Qeyd edək ki, 2023-cü ildən davam edən əməkdaşlıq çərçivəsində sözügedən mərkəzin tələbə və məzunları Türkiyənin nüfuzlu hotellərində işləmək və təcrübə qazanmaq imkanı əldə ediblər.

Xəbər lenti