Logo

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

24.04.2024 10:13 166 baxış
IMG

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən həyata keçirilən “Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib.

Dövlət Komitəsindən "Tehsil.biz"ə bildirilib ki, Zoom proqramı vasitəsilə gerçəkləşən təlim “Diasporun informasiya strategiyası, media kanallarının, sosial profillərin, saytların idarə edilməsinin əsasları” mövzusuna həsr olunub.

Təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov diaspor təşkilatlarının informasiya strategiyasının incəlikləri, “çart” mesajları (chart message) göndərmək üçün uyğun kanalların seçilməsi, diaspor təşkilatlarının hədəf kütləsinin müəyyənləşdirilməsi, sosial profillərin idarə edilməsi, saytlarda məzmunların paylaşılmasının vacibliyi və başqa bu kimi məsələlər barədə ətraflı məlumat verib.

İnteraktiv şəkildə keçən təlim zamanı iştirakçılar bu sahədəki təcrübələrini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

Xəbər lenti