Logo

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

24.04.2024 12:26 151 baxış
IMG

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin rektoru professor Alptekin Yasimin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, rektor Ədalət Muradovla görüşdə professor Alptekin Yasiminə universitetin tədris prosesi, elektron universitet modeli, diferensial əməkhaqqı sistemi (DƏHS), imtahanların keçirilməsi və tələbə biliyinin qiymətləndirilməsi, beynəlxalq əlaqələr və sahələr barədə məlumat verilib.

Türkiyəli qonaqlar UNEC-in DƏHS-ni, tələbə biliyinin qiymətləndirilməsi ilə bağlı tətbiq olunan yeni yanaşmanı yüksək qiymətləndiriblər.

Görüşdə tərəflər arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub, yeni doktorantura təhsili modelinin reallaşdırılmasına dair razılıq əldə edilib. Sonra iki universitetin rektorları əməkdaşlıq memorandumunu imzalayıblar.

Səfər çərçivəsində türkiyəli qonaqlar UNEC-in tələbə və məzunlarının xatirəsinə ucaldılmış Şəhidlər Kompleksini də ziyarət ediblər.

Xəbər lenti