Logo

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş olub - FOTO

24.04.2024 13:50 190 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində tanınmış jurnalist, yazıçı-publisist, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həzi ilə tələbələrin görüşü keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev qonağın həyat və yaradıcılığı ilə bağlı tələbələri məlumatlandırıb, onun ölkəmizdə klassik, analitik jurnalistikanın əsas nümayəndələrindən olduğunu qeyd edib.

Görüşdə Bahəddin Həzi jurnalist peşəsinin məsuliyyətli peşə olmasını vurğulayaraq, tələbə-jurnalistləri bu sahədə operativ, dəqiq, vicdanlı olmağa səsləyib. O, eyni zamanda, peşəkar jurnalistin üzərinə düşən öhdəlikləri, jurnalistikanın əsas prinsiplərini tələbələrin diqqətinə çatdırıb: “Əsl jurnalist təkcə şahidi olduğu hadisəni xəbərə çevirən deyil, həm də müəllifi olduğu xəbəri hadisəyə çevirə biləndir. Öz xəbərinin təkcə müəllifi deyil, həm də qəhrəmanı olandır. Çox mütaliə, müşahidə edin. İşinizin çalışqan və vicdanlı ustası olun. Onda məşhurluq da, xoşbəxtlik də sizə gələcək”.

Sonda qonaq “Ölümcül həqiqətlər” kitabını tələbələrə hədiyyə edib.

Qeyd edək ki, kitabda müəllifin son illərdə qələmə aldığı publisistik məqalələr, esselər, tanınmış şəxsiyyətlərin portretləri, yol qeydləri, bədii hekayələri, eləcə də “Yadımdakı Qarabağ” poeması yer alıb.

Xəbər lenti