Logo

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

24.04.2024 14:04 160 baxış
IMG

Aprelin 28-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyası teatrsevərlərin ixtiyarına veriləcək.

Teatrın mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, tamaşada Türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddin və onun beş arvadından bəhs edilir.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədovadır.

Xəbər lenti