Logo

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək - FOTO

24.04.2024 15:36 146 baxış
IMG

“Azərbaycan British College” Təhsil Kompleksinin IX-XI siniflərinin bir qrup şagirdi Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində olub.

Universitetdən "Tehdil.biz"ə bildirilib ki, görüşdə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev BDU-nun tarixi, tədris və elmi fəaliyyəti, eləcə də fakültənin tanınmış məzunları, elmi nailiyyətləri barədə məlumat verib.

Şagirdlər fakültənin tədris laboratoriyalarındakı cihazlar, onların iş prinsipi, aparılan tədqiqatlarla tanış olublar. Onların bəzi laboratoriya təcrübələri aparmasına şərait yaradılıb. Sonra şagirdlər universitetin Qafqazda ilk və yeganə olan “Genetika və təkamül” muzeyində eksponatlarla tanış olublar.

Sonda BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında əməkdaşlığın qurulması barədə razılıq əldə olunub.

Xəbər lenti