Logo

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

24.04.2024 18:00 217 baxış
IMG

Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, proqram Azərbaycan Respublikası vətəndaşlarına Qazaxıstanın ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura üzrə təhsil almaq imkanı yaradır. Təqaüd proqramına müraciətlər mayın 15-dək qəbul olunacaq.

Təqaüd proqramı Qazaxıstanın Elm və Təhsil Nazirliyi ilə Azərbaycanın Elm və Təhsil Nazirliyi arasında 2017-ci il aprelin 3-də imzalanmış təhsil sahəsində əməkdaşlığa dair müqavilə əsasında həyata keçirilir.

Xəbər lenti