Logo

BMU-da “Mübariz” filminin təqdimatı olub

24.04.2024 18:14 174 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi “Mübariz” filminin təqdimatı keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Filmin istehsalında əməyi olan “Munis Production” şirkətinin nümayəndəsi Emin Yaqubzadə çıxışında şəhidlik zirvəsinin müqəddəsliyindən danışıb. O, filmdə yalnız Vətənə sədaqət və məhəbbətin tərənnümünün deyil, ailə dəyərləri, elmə maraq kimi istiqamətlərin də əks olunduğunu bildirib.

Daha sonra film nümayiş etdirilib. Mübariz İbrahimovun doğulduğu Biləsuvar rayonunda və döyüşüb şəhadətə qovuşduğu Tərtər rayonunda lentə alınan filmin baş prodüseri və ssenari müəllifi Nicat Mənalıdır. Mübariz İbrahimovun həyatından və şücaətindən bəhs edən filmdə Milli Qəhrəmanı Hüseyn Əliyev, onun valideynlərini isə Flora Hüseynova və Şamil Süleymanov canlandırıblar.

Xəbər lenti