Logo

Bartın Universitetinin müəllimi ADPU-da olub - FOTO

24.04.2024 20:21 198 baxış
IMG

Aprelin 24-də Türkiyənin Bartın Universitetinin müəllimi Ayşenur Nazik Fayız Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, universitetin rektoru professor Cəfər Cəfərovla keçirilən görüşdə qonağa bu ali təhsil ocağı haqqında məlumat verilib. ADPU-nun xarici universitetlər, xüsusilə də Türkiyə universitetləri ilə əməkdaşlığından bəhs edən rektor əsas məqsədin bu əlaqələri daha da genişləndirmək olduğunu vurğulayıb.

Professor Cəfər Cəfərov ADPU-nun strategiyasının əsas istiqamətlərindən birinin hər kafedrada Türkiyə universitetlərindən dəvət edilmiş azı bir müəllimin fəaliyyət göstərməsi olduğunu bildirib.

Xəbər lenti