Logo

Xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı canlı məlumat sessiyası olacaq

24.04.2024 20:55 191 baxış
IMG

Aprelin 25-də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı canlı məlumat sessiyası həyata keçiriləcək.

Dövlət Proqramı İdarəetmə Qrupundan "Tehsil.biz"ə bildirilib ki, məlumat sessiyasında Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.

Vebinar saat 16:00-da “Microsoft Teams” platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçənlər üçün görüş linki göndəriləcək.

Xəbər lenti