Logo

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert keçirilib - FOTO

25.04.2024 21:50 200 baxış
IMG

Bakıdakı Rus evində görkəmli musiqiçi və pedaqoq Yelena Fabianovna Qnesinanın anadan olmasının 150 illiyinə həsr olunmuş klassik musiqi konserti keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir Bakıdakı Rus evi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) tərəfindən birgə təşkil olunub.

Konsert proqramının əvvəlində Bakıdakı Rus evi rəhbərinin müavini Dmitri Yeqorov çıxış edib.

Tədbirin davamında dinləyicilərə müxtəlif bədii üslublarda və milli bəstəkarlıq məktəblərində populyar və nadir hallarda ifa olunan akademik musiqi əsərlərindən ibarət musiqi proqramı təqdim edilib.

Tədbirin aparıcısı və kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina tamaşaçılara E.F.Qnesinanın tarixi rolu, müəllimlik, ifaçılıq, bəstəkarlıq, təşkilatçılıq, ictimai sahələrdə genişmiqyaslı fəaliyyəti barədə məlumat verib.

Konsertdə BMA-nın konsertmeysterləri Ülviyyə Əliyeva, Arzu Səfərova, Dilarə Kərimova, həmçinin BMA-nın tələbələri, beynəlxalq müsabiqələrin laureatları Nəriman Məsimov, Fidan Yunus, Jalə Mailova, Zərifə Hasilova, Əli Adigözəlov, Daler Odinayev, Səbinə Həsənzadə, Amin Heydərov, Fərid Hacıyev, Gülnarə Salmanova, Nuray İsmayılzadə, Aydan Quliyeva, Kənan Rəhmanzadə, Museyib Əsədov, həmçinin Aysu Məmmədli, Xədicə Qasımova, Kənan Bağırov çıxış ediblər.

Xəbər lenti