Logo

Rusiyada 11 yaşlı uşaq müəllimi bıçaqlayıb

06.01.2024 22:31 179 baxış
IMG

Rusiyada uşaq sağlamlıq düşərgəsində 11 yaşlı uşaq bıçaqla müəllimi yaralayıb.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Sankt-Peterburq yaxınlığındakı “Zarya” müəssisəsində baş verib.

Bildirilib ki, müəllim oğlanın əlindən bıçağı ala bilib. Lakin onun əllərinə xəsarət yetirdiyi qeyd edilib.

Qeyd olunub ki, uşaq psixi xəstəlikdən əziyyət çəkir və PND-də qeydiyyatdadır. Hadisədən sonra uşaq xəstəxanaya yerləşdirilib.

Xəbər lenti