Logo

Elxan Nəcəfov: "Çin layihəsi" yekunlaşmaq üzrədir

02.10.2025 17:06 58 baxış
IMG

""Çin layihəsi” adlandırdığımız  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında imzalanmış “Naxçıvan Muxtar Respublikasına İnteraktiv Təhsil Yardımı” layihəsi ilə bağlı işlər yekunlaşmaq mərhələsindədir. Yaxın günlərdə layihənin açılışı nəzərdə tutulur". 

Bu fikirlərİ TƏHSİL.BİZ- ə müsahibəsində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.

O bildirib ki, layihə çərçivəsində 216 müəssisə interaktiv avadanlıqlarla təmin olunacaq: 

"Bu bizə imkan verəcək ki, internet resurslarından tədris prosesində daha səmərəli istifadə edək. Həm də şagirdlərimizin tədqiqat bacarığını internet resurslarından istifadə etməklə artıraq. Bu layihə eyni zamanda məktəblərin təhlükəsizliyinə nəzarət edilməsinə, müəllimlərin peşəkar bacarıqlarının artırılması üçün təlimlərin keçirilməsinə, şagird qiymətləndirilmələrinin elektron resurslarla təmin edilməsinə imkan verəcək. Düşünürəm ki, bununla bağlı işlərimiz 2025-2026-cı tədris ilində yekunlaşacaq".

Xəbər lenti