Logo

Naxçıvanda “Məktəb avtobusları”ndan istifadə nəzərdə tutulmur – Nazir

02.10.2025 17:08 61 baxış
IMG

"Paytaxtdan fərqli olaraq Muxtar Respublikada nəqliyyat sıxlığı yoxdur, “Məktəb avtobusları”ndan istifadən nəzərdə tutulmur". 

Bu barədə TƏHSİL.BİZ -ə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.

Nazir bildirib ki, sürətli avtombil hərəkəti və məktəblərin əsas yollara yaxınlığı narahat edici məqamlardandır:

"Amma mütəmadi olaraq bu məsələ ilə bağlı müəssisələrdə nəzarətin gücləndirlməsi, məktəblərdə təhlükəsiz şəraitin yaradılması istiqamətində işlər görülür. Eyni zamanda sürətli hərəkəti formalaşdıran yollar varsa, dövlətin müvafiq qurumlarına orda nəqliyyat nişanlarının, trampilinlərin qoyulması ilə bağlı müraciətlər edirik. Əsas çağırışım odur ki, valideynlər də öz övladları ilə bağlı nəzarəti artırsınlar".

Xəbər lenti