Logo

STEAM Azərbaycan təhsilinin aparıcı məzmununa çevriləcək – Emin Əmrullayev

17.11.2025 12:10 44 baxış
IMG

“Riyaziyyat, mühəndislik, yaradıcı və zövqlü yanaşma, incəsənət - bütün bunlar STEAM təhsilinin əsas komponentləridir. Ən vacib məsələ fənləri ayrıca öyrətmək deyil, layihə əsaslı öyrənmə yolu ilə uşaqları və məktəbləri real nəticələrə yönəltməkdir”.

TƏHSİL.BİZ xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bu gün Bakı Ekspo Mərkəzində Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) açılış mərasimində deyib.

Nazir vurğulayıb ki, bu təşəbbüs artıq eksperimental layihə xarakteri daşımır və ölkədə 300 mindən artıq şagird bu təhsil proqramından yararlanır:

“Bu isə ölkə üzrə şagirdlərin təxminən beşdə birinin, 3–9-cu siniflərdə isə dörddə birinin STEAM təhsilinə cəlb olunması deməkdir”.

O əlavə edib ki, yeni məktəblərdə də STEAM laboratoriyaları fəaliyyət göstərir və bu proses hər il tədricən genişlənir. 2027–2030-cu illərdə STEAM təhsili Azərbaycan təhsilinin əsas aparıcı məzmununa çevriləcək.

Xəbər lenti