Logo

İnnovativ elm və təhsil mühitində elektron demoqrafiya sisteminin qurulması problemləri tədqiq edilib

14.11.2024 22:45 39 baxış
IMG

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Təhmasib Fətəliyev və Nərgiz Verdiyevanın həmmüəllifi olduqları məruzə Ukraynada keçirilən “Elm, təhsil və texnika üzrə informasiya texnologiyaları” mövzusunda VII beynəlxalq elmi-praktik konfransda dinlənilib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

“İnnovativ elm və təhsil mühitində elektron demoqrafiya sisteminin qurulması problemlərinin tədqiqi” (Research of the Problems of Building an E-Demography System in the Innovative Environment of Science and Education) adlı məruzəni N.Verdiyeva təqdim edib. O bildirib ki, tədqiqat işində innovativ elm və təhsil mühitinin resurslarına əsaslanan e-demoqrafiya sisteminin qurulması məsələləri analiz edilib, bu sahədə beynəlxalq təcrübə və elektron demoqrafiya sisteminin inkişafına dair yanaşmalar təhlil olunub. Həmçinin bu kimi bir sistemin qurulması prinsipləri təsvir edilib.

Tədqiqatçının sözlərinə görə, elm və təhsil mühitində mövcud e-resursların demoqrafik məlumatlarla inteqrasiyasına əsaslanan bu sistem “Milli elektron demoqrafiya sistemi”nin altsistemi kimi qəbul edilib. Belə bir sistemin inkişafı sosial-demoqrafik tədqiqatların aparılması, demoqrafik davranışın öyrənilməsi, elm və təhsilin inteqrasiyası və inkişafı üçün geniş imkanlar yaradacaq.

Məqalənin tam versiyası “Scopus” bazasında indeksləşən “Springer” nəşriyyatında çap olunub.

Xəbər lenti