Logo

Geyiminə irad bildirilən məktəbli qız intihar etdi

07.11.2024 00:08 398 baxış
IMG

İranın paytaxtı Tehranda 16 yaşlı qız məktəbdə geyiminə görə yaranan narazılıqdan sonra intihar edib. 

Tehsil.biz “Iran International” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı sözügedən məktəblinin atası yerli mediaya açıqlayıb.

Bildirilib ki, təhsil müəssisəsinin təşkil etdiyi ekskursiya zamanı məktəb nümayəndəsi Arzu adlı həmin qızın tələb olunan uniforma əvəzinə cins geyinməsinə irad bildirib. 

Məktəb Arzunun mübahisədən sonra təhsil ocağını icazəsiz tərk etdiyini iddia edib.

Daha sonradan onun yaşayış binasının altıncı mərtəbəsindən özünü ataraq intihar etməsi məlum olub.

Şagirdin intihar etməsi bir neçə gün əvvəl Tehranda Azad Universitetində gənc tələbə qızın geyim qaydalarına etiraz olaraq üst geyimlərini çıxararaq aksiya keçirməsi fonunda müzakirələrə səbəb olub.

Xəbər lenti