Logo

Kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilməz?

06.11.2024 22:49 327 baxış
IMG

Təhsil  müəssisələrində  müvafiq  ixtisas  üzrə  pedaqoji  təhsilə  malik  olanlar  və  pedaqoji  təhsili  olmayan  ali  təhsilli  mütəxəssislər  müvafiq  icra  hakimiyyəti orqanının  müəyyən etdiyi  qurumun  müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə  məşğul  ola  bilərlər.

Bəs  kimlər  pedoqoji  fəaliyyətlə  məşğul ola bilməz?

Bununla  bağlı  “Təhsil  haqqında” Azərbaycan  Respublikasının  Qanunundan  Maddə 36-1- i  təqdim edir:

  • məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər;
  • ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;
  • fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər;
  • Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.

Pedaqoji  təhsili  olmayan  ali  təhsilli  mütəxəssislər  də  pedoqoji  fəaliyyətlə  məşğul  ola  bilərlər. Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Pedaqoji  fəaliyyətlə  məşğul  olma  Qaydası” nın  təsdiq  edilməsi  haqqında qərarında  öz  əksini  tapıb.

Pedaqoji  təhsili olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Azərbaycan Respublikasının  Təhsil Nazirliyi tərəfindən təşkil edilən müvafiq ödənişsiz təlim kurslarına cəlb olunurlar. Təlim kurslarının keçirilməsi vaxtı, yeri, davametmə müddəti və digər şərtləri nazirlik tərəfindən müəyyənləşdirilir və bu barədə qurumun rəsmi internet səhifəsində məlumat yerləşdirilir.

Qeyd  edək  ki, təlim  kurslarını  başa  vuran  şəxslərə  nazirlik  tərəfindən sertifikat  verilir.

Xəbər lenti