Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramının qalibi olan universitetin tələbəsi Nyathi Nkhensani Mmakgotso ilə görüşüb.
TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, görüş zamanı Zəfər Qurbanov Nyathi Nkhensani Mmakgotsoya uğurlar arzulayaraq, universitetin beynəlxalq təcrübəyə verdiyi dəyər və müxtəlif ölkələrdən gələn tələbələrə göstərilən dəstək barədə danışıb. Rektor, bu kimi proqramların Azərbaycanda, xüsusilə də Aqrar Universitetdə təhsilin beynəlmiləlləşməsi istiqamətində vacib addım olduğunu vurğulayıb.
Nyathi Nkhensani Mmakgotso onun üçün yaradılan əlverişli şəraitə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Cənubi Afrika Respublikasının vətəndaşı olan Nyathi Nkhensani Mmakgotso ADAU-nun “Aqronomluq” ixtisası üzrə ingilis dilində təhsil alan I kurs tələbəsidir.