Logo

Azərbaycan və Türkiyə arasında peşə təhsili əməkdaşlığını genişləndirir

24.12.2024 10:05 107 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Türkiyə Respublikasının İstanbul Gedik Universiteti və Gedik Holdingin nümayəndələri arasında görüş keçirilib. 

TƏHSİL.BİZ  xəbər verir ki, görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov, Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdiri Yusif Axundov, Gedik Universitetinin rektoru Ahmet Kesik, Gedik Holdingin ixracat direktoru Serhat Yakar və “Gedik Azərbaycan“ direktoru Taleh Salmanov iştirak ediblər.

Görüşdə tərəflər arasında inşaat və sənaye başda olmaqla, müxtəlif sektorlarda əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli və yüksək ixtisaslı kadrların hazırlanması, onların işlə təmin edilməsi, qadınların peşə təhsilinə cəlb olunması ilə bağlı müzakirələr aparılıb. Həmçinin, təlimçilərin iştirakı ilə müxtəlif təlimlərin keçirilməsi, tədris prosesinə peşəkar kadrların cəlb edilməsi və təhsil sahəsində mövcud kadrların peşəkar inkişafını dəstəkləyən əməkdaşlıq mexanizmləri müzakirə edilib.

Qeyd edək ki, görüş iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə həyata keçirilib.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/24%20December%202024/fabb773e-8b95-40d2-be09-5d74921fe87e_470223344_1005765108245272_2682425267099887128_n%20(1).jpg


 

Xəbər lenti