Sumqayıt Dövlət Universitetinin komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən İnternational Collegiate Programming Contest (İCPC-2024) beynəlxalq proqramlaşdırma olimpiadasında qalib olub.
TƏHSİL.BİZ xəbər verir ki, universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri Rövnəq Nadirov və Coşqun Babayev, Mühəndislik fakültəsinin tələbəsi Emil Abbasovun təmsil etdiyi "SDU-3" komandası yarışmanın yarımfinalına qədər irəliləyib və sertifikata layiq görülüb.
Qeyd edək ki, olimpiada 13-16 dekabr tarixlərində Gürcüstan Milli Universitetində təşkil olunub və Qafqaz regionu üzrə 150 komanda qatılıb.