Azərbaycan Universitetinin nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. Rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova Tuscia Universitetində keçirilən “International Week” (Beynəlxalq həftə) tədbirində iştirak ediblər.
Bu barədə TƏHSİL.BİZ -ə Azərbaycan Universitetindən məlumat verilib.
Tədbirdə iştirakçılara Tuscia Universitetinin “Erasmus+” proqramları çərçivəsində davam edən layihələri haqqında məlumat verilib, həmçinin ikili diplom proqramları, “Erasmus qarışıq intensiv proqramları” (Erasmus Blended Intensive Programmes) və beynəlmiləlləşmə mövzularında müzakirələr aparılıb.
Ənənəvi olaraq hər il təşkil olunan tədbirin məqsədi universitetlərarası əməkdaşlığın gücləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin təhsil və tədqiqat sahəsində birgə layihələrin həyata keçirilməsinin təmin olunmasıdır.
Qeyd edək ki, Azərbaycan Universiteti İtaliyanın Tuscia Universiteti ilə 2023-cü ildən başlayaraq MBA proqramının Marketinq istiqaməti üzrə beynəlxalq ikili diplom proqramı həyata keçirir.