Logo

ADAU-nun əməkdaşları Ankarada beynəlxalq təlimdə iştirak ediblər

11.02.2025 08:34 51 baxış
IMG

Türkiyənin Ankara şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Toxum Assosiasiyası (ECOSA) tərəfindən bitkiçilik sahəsində təlim proqramı təşkil olunub.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, təlimdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin Bitkiçilik kafedrasının baş müəllimi Gülnarə Abbasova və həmin kafedranın assistenti Elnarə Nəzərəliyeva iştirak ediblər.

Proqram çərçivəsində iştirakçılara bitki yetişdirmənin əsasları, torpaq seçimi və hazırlığı, iqlim faktorlarının təsiri, gübrələmə texnologiyaları, suvarma metodları, həmçinin bitki xəstəliklərinin diaqnozu və müalicəsi kimi aktual mövzular barədə məlumatlar verilib. Mütəxəssislərlə aparılan görüşlərdə iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri və innovativ texnologiyaların tətbiqi də müzakirə edilib.

Təlim proqramının sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbər lenti