Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən TƏHSİL.BİZ -ə bildirilib ki, 1176 şagird yerlik məktəb Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Məktəbdə sinif otaqları, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, inzibati heyət üçün iş otaqları istifadəyə verilib.