Logo

ADPU-da qrant layihə çərçivəsində təlim keçirilib

11.02.2025 14:17 79 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji kadr hazırlığında Avropa təhsil sisteminin araşdırılması və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin Azərbaycanda pedaqoji yönümlü universitet və kolleclərin filoloji fakültələrində tətbiqi” (AEF-MCG-2022-1 942)-12/12/5-M-12) adlı qrant layihəsi çərçivəsində “İspan təhsil sistemində pedaqoji kadr hazırlığı” mövzusunda təlim keçirilib.

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, təlimin ilk günü layihə rəhbəri, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova layihənin əsas məqsədi və görülən işlər barədə iştirakçıları məlumatlandırıb və təlimin işində uğurlar arzulayıb. Təlimdə layihənin icraçı mütəxəssisləri - Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, Müasir Azərbaycan dili kafedrasının müdiri dosent Könül Səmədova, Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva və Xarici Dillər Mərkəzinin dosenti Mirvari Qasımova da daxil olmaqla 100 nəfərdən çox professor-müəllim heyəti iştirak edib.

Təlim çərçivəsində ispan təhsil sistemi, onun tarixi inkişafı, müasir dövrdə əsas istiqamətləri, ispan modelində pedaqoji kadr hazırlığının önə çıxan cəhətləri barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin, Azərbaycan Dillər Universitetinin və digər təhsil müəssisələrinin əməkdaşları ilə fikir mübadiləsi aparılıb.

Azərbaycan Elm Fondunun dəstəyi ilə həyata keçirilən və əsas məqsədi layihədən əldə olunan nəticələrin pedaqoji kadr hazırlığı ilə məşğul olan professor-müəllim heyəti ilə paylaşılması olan təlimə bu sahədə fəaliyyət göstərən 100-dən çox mütəxəssis cəlb edilib.
Qeyd edək ki, layihə çərçivəsində aprel-may aylarında növbəti təlim və elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti