Logo

Müəllimlər üçün vakansiya seçiminin müddəti uzadıldı

05.05.2025 11:08 43 baxış
IMG

Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçiminin müddəti uzadılıb.

TƏHSİL.BİZ  xəbər verir ki, www.miq.edu.az/yerdeyishme saytında yaranan texniki problemlər səbəbindən müsabiqənin vakansiya seçimi mərhələsi 6 may saat 11:00-dək davam edəcək. 

Qeyd edək ki, hazırda sayt aktivdir. Müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər. 

Xəbər lenti