Logo

AzTU müəlliminin mentoru olduğu komanda robot olimpiadasının finalına vəsiqə qazanıb

05.05.2025 16:51 89 baxış
IMG

Türkiyənin Antalya şəhərində dünyanın ən böyük robot olimpiadası olan “Fibonacci Beynəlxalq Robot Olimpiadası”nın Avrasiya çempionatının yarımfinal mərhələsi keçirilib. 

TƏHSİL.BİZ xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının müəllimi Türkanə Qəhrəmanlının mentorluğu ilə tələbələr “Entrepreneurship” kateqoriyası üzrə “Scantekh” layihəsi ilə yarışa qatılaraq I yerə çıxıblar.

Yarışmada dünyanın 24 ölkəsindən 21 fərqli kateqoriya üzrə 580-dən çox komanda, 3000-dən artıq iştirakçı qələbə uğrunda mübarizə aparıb. Qalib komandalar İtalyada keçiriləcək “Fibonacci Beynəlxalq Robot Olimpiadası”nın final mərhələsində iştirak hüququ qazanıblar.

Qeyd edək ki, İtalyada əsası qoyulan “Fibonacci Beynəlxalq Robot Olimpiadası” dünyanın ən böyük robot olimpiadası hesab edilir.

 


 

Xəbər lenti