Logo

MEK Sinop Universitetinin elmi nəşrlərinə onlayn giriş imkanı yaradıb

06.05.2025 12:14 50 baxış
IMG

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Türkiyənin Sinop Universitetinə məxsus elmi nəşrlərə onlayn giriş imkanı təmin edilib.

MEK-dən TƏHSİL.BİZ -ə bildirilib ki, kitabxananın rəsmi internet saytında yerləşən “E-xidmətlər” bölməsi vasitəsilə istifadəçilər “Jurnallar” hissəsinə daxil olaraq Sinop Universitetinin nəşrləri ilə tanış ola bilərlər.

Qeyd olunan resurslar Türkiyənin “DərgiPark” elektron platformasında yerləşdirilmiş 10 elmi jurnaldan ibarətdir. Jurnallar müxtəlif elm sahələrini əhatə edir və tədqiqatçılar, tələbələr, eləcə də elmi ictimaiyyət üçün dəyərli mənbələrdir.

Xəbər lenti