Logo

Şimal-qərb bölgəsinin 25 məktəblisi RFO-nun qalibi olub

06.05.2025 15:44 60 baxış
IMG

2024-2025-ci tədris ili üzrə keçirilən Respublika fənn olimpiadasının (RFO) final mərhələsinin Azərbaycan dili və ədəbiyyatı, coğrafiya, tarix və biologiya fənləri üzrə nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 25 şagirdi qalib adını qazanıb.

İdarədən TƏHSİL.BİZ -ə verilən məlumata görə, onlardan 4-ü qızıl, 6-sı gümüş, 15-i isə bürünc medal əldə edib.

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır.

Xəbər lenti