“SABAH Magistratura” proqramı çərçivəsində Təhsil Nazirliyi tərəfindən “Təchizat zəncirinin logistikası və nəqliyyatı” ixtisaslaşması üzrə tədrisin təşkili məqsədilə Azərbaycan Texniki Universitetinə (AzTU) qrant ayrılıb. Proqram çərçivəsində “Təchizat zəncirinin logistikası və nəqliyyatı” ixtisaslaşması üzrə tədrisin məqsədi təchizat zənciri, logistika və nəqliyyat sahəsində dünyada və ölkədə dinamik əmək bazarının yaratdığı yeni tələblərə uyğun mütəxəssislər hazırlanması, nəqliyyat və logistika sahəsində müasir təcrübələrin mənimsənilməsidir. Tədris proqramının hədəfi ölkənin inkişaf perspektivləri və imkanları nəzərə alınmaqla, sahədə yüksək ixtisaslı kadr təminatının həyata keçirilməsi, dayanıqlığının təmin olunması, tədris-metodiki və maddi-texniki bazasının müasirləşdirilməsidir.
“SABAH Magistrura” proqramı çərçivəsində qrant vəsaitindən istifadə olunmaqla tədris proqramının sonunda aşağıdakı bilik və bacarıqlara malik kadrlar hazırlanacaqdır:
Qeyd olunan nəticələrin əldə olunması məqsədilə, “SABAH Magistratura” proqramı çərçivəsində “Təchizat zəncirinin logistikası və nəqliyyatı” ixtisaslaşması üzrə ali təhsilin magistratura səviyyəsində tədrisin təşkili üçün AzTU aşağıdakı komponentləri əhatə edən qrant layihəsi müsabiqəsi elan edir:
1. Tədrisin yüksək səviyyədə təmin edilməsi məqsədilə təchizat zənciri, logistika və nəqliyyat sahəsində ixtisaslaşmış yerli və xarici müəllimlərin cəlb olunması;
2. Təchizat zəncirinin logistikası və nəqliyyatı ixtisaslaşması üzrə yeni məzmunun hazırlanması;
3. Tədris metodiki vəsaitlərin (sillabusların, dərsliklərin, dərs vəsaitlərinin, metodiki vəsaitlərin və göstərişlərin) hazırlanması;
4. Təlim kompanenti – yerli müəllimlərin logistika və təchizat zənciri sahəsində yerli və xarici təlimlərdə iştirakının təşkili;
5. Tədrislə bağlı maddi-texniki bazanın formalaşdırılması – 7 ədəd fərdi kompüter (tədris üçün nəzərdə tutulmuş), 4 ədəd smart lövhə, logistika və təchizat zənciri sahəsində tədris yönümlü proqram təminatının təchiz edilməsi;
6. 60 tələbə üçün dərsliklərin və tədris materiallarının nəşri;
7. Tələbələr üçün tədris ili müddətində müvafiq sahədə ingilis dili biliyinin təkmilləşdirilməsi məqsədilə fakültativ ingilis dili tədrisinin təşkili;
8. Layihənin idarə edilməsi ilə bağlı 1 illik xərclərin qarşılanması.
Müraciət üçün tələblər:
-Təqdim edilən qrant müsabiqəsində təhsil və təlim sahəsində çalışan şirkətlər, təşkilatlar, yerli və xarici ali təhsil müəssisələri və müvafiq sahədə təcrübəsi olan fiziki şəxslər iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatda olmalıdır (VÖEN-ə sahib olmalıdır). Müraciət edən hüquqi və fiziki şəxs yuxarıda göstərilən bütün komponentləri əhatə edən layihə təklifi verməlidir.
-Təkliflər qrant müsabiqəsi elanına əlavə edilmiş Müraciət Formasına uyğun şəkildə hazırlanmalıdır. Müraciət forması ilə yanaşı, təklifə aşağıdakılar daxil edilməlidir:
-Müraciət forması və digər bütün sənədlər rəsmi qaydada imzalanıb möhürlənməklə 10 iyul 2021-ci il saat 18:00-dək:
-Sənədlər çap şəklində olduqda, AzTU-nun rektorunun elm və tədqiqat məsələləri üzrə müşaviri Fariz Məmmədovun adına göndərilməli (Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Hüseyn Cavid prospekti 25, AZ1073),
-Sənədlər elektron formada (rəsmi sənəd imza və möhürləndikdən sonra skan olunmaqla) olduqda, [email protected] elektron poçt ünvanına təqdim edilməlidir.
-Müsabiqənin nəticələri bütün təkliflər yoxlanaraq 20 iyul 2021-ci il tarixinədək elan ediləcəkdir. Müsabiqənin nəticələri barədə məlumat iştirakçılara elektron poçt vasitəsi ilə bildiriləcəkdir.
-Müsabiqənin nəticələri ilə bağlı şikayət və müraciətlər üçün nəticələrin elan olunmasından sonrakı 10 gün ərzində AzTU-da yaradılmış Qrant Apellyasiya Komissiyasına müraciət etmək mümkündür.
Qeyd:
-Müsabiqənin nəticələri elan edildikdən sonra qalib hüquqi və ya fiziki şəxs ilə AzTU arasında qrant müqaviləsi imzalanacaqdır. Qrant müqaviləsi “Qrant haqqında” Azərbaycan Respublikasının qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın tələblərinə uyğun olaraq qeydiyyatdan keçirilməlidir.
-Qrant layihəsinin icra müddəti 2 (iki) il olduğundan, təklifdə işlərin icra müddəti 2 illik nəzərdə tutulmalıdır.