Logo

Pandemiya dövründə distant təhsil - SORĞU

17.01.2021 14:03 975 baxış
IMG

Artıq 11 aydır ki, ölkəmizdə pandemiya səbəbindən dərslər onlayn təşkil edilir. Bu dövrdə problemləri bilirik. Gələn həftə təhsilin təşkili ilə bağlı yeni layihə hazırlanıb təqdim ediləcək.

 

Bəs bizim təkliflərimiz, gözləntilərimiz nədir?
Hansı addım atılsa, hansı formada təhsil təşkil edilsə, daha uğurlu olacaq?

 

Tehsil.biz xəbər portalının keçirtdiyi sorğu nəticəsində məlum olub ki, əhalinin 70%-i tədrisin ənənəvi formada bərpasını gözləyir. 

 

Bir qrup insanlar bunu uşaqların evdə sıxılması və valideyn yükünün artması, bir çox valideyinlər isə bunu distant təhsilin yaratdığı problemlərdən bezdikləri ilə əlaqələndiriblər. Onlar hansısa qaydaya keçməzdən öncə həmin platforma üzərində mükəmməl formada işləmək, yarana biləcək problemlərin qarşısını almaq və ya ümumiyyətlə həmin problemin yaranmaması üçün atılacaq addımlar barədə düşünmək lazım olduğunu bildirirlər. Təbii ki, bu məqamda şagirdləri maddi və mənəvi tərəfdən də nəzərə almaq lazım idi ki, bu da edilmədi... Digər tərəfdən isə onlayn təhsilin keyfiyyətsiz olduğunu düşünən valideyinlər də az deyil.

 

Sorğu nəticəsində onlayn dərslərdən razı qalan valideyinlər artıq bu sistemə öyrəşdiklərini, təhsilin müasirləşərək yeni qaydalarla tətbiqinin fərqliliklərini dəstəklədikllərini bildirirlər. Onların fikrincə, artıq texnologiya inkişaf edib, dövlətimizin də verdiyi dəstəkləri nəzərə alaraq elə bu formada davam etmək də olar.

 

Onlayn dərslərdən ən çox giley edənlər sırasında müəllimlər də az yer almadı. Sözsüz, belə bir çətin dönəmdə onların əziyyəti az olmadı. Lakin bu prosesin yarasız olmasını, keyfiyyətin az olduğunu bildirən müəllimlərin fikrincə, ənənəvi tədrisin bərpası mütləqdir.

 

Bir çoxları isə hələ pandemiya şəraitində məktəblərin riskli olması ilə bağlı tədrisin normala dönməsini dəstəkləmirlər. Tədris normala dönərsə belə, -"öz övladımı məktəbə göndərməyəcəyəm"- deyən valideynlər də az deyil.

 

Onlayn dərslərə qoşulmaqda çətinlik çəkən şagirdlər həm özlərini, həm də "distant təhsil"i qınayırlar. Bunlar arasında tədrisin yeni qaydalarla təşkil edilməsini, dərsləri ekran qarşısında izləməyi sevənlər də var, ümumiyyətlə heç bir səbəb olmadan onlayn dərslərə qoşulmayan şagirdlər də var.

 

Qeyd edək ki, hələ də möbcud pandemiyanın olmamasını bildirənlər, koronavirusa inanmayanlar da çoxluq təşkil edirdi.

 

Biz isə onlayn təhsili ölkəmizin inkişafı, təhsilimizin uğuru ilə əlaqələndirə bilsək də, mənfi cəhətlərini gizlətməkdən yayına bilməyəcəyik. Lakin səbəb və nəticə hər nə olursa, olsun parta arxasını ekran qarşısına dəyişmək olmaz.

Xəbər lenti