Logo

Ərəb KİV-ləri Şuşada təşkil olunacaq gənclər düşərgəsindən yazıblar

12.02.2023 11:50 352 baxış
IMG

Ərəb ölkələrinin portallarında Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində təşkil olunacaq “Şuşa yaradıcılıq emalatxanası” beynəlxalq gənclər düşərgəsi barədə AZƏRTAC-ın xəbərləri yerləşdirilib.

"Tehsil.biz"in məlumatına görə, Küveytin “Q-8 Press” və Əlcəzairin “Əl Hərir” portalları oxucuların diqqətinə çatdırıb ki, tədbir Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar təşkil olunur.

Materiallarda qeyd edilib ki, bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb. İl ərzində keçiriləcək festivalla bağlı işlərin icrası Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.

Xəbər lenti