Jurnalist Elnur Hidayətoğluna yeni vəzifə verilib.
Tehsil.biz xəbər verir ki, bu barədə “ASAN Xidmət”in mətbuat katibi Elnur Niftəliyev məlumat yayıb.
O bildirib ki, E.Hidayətoğlu Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, E.Hidayətoğlu, bundan əvvəl Kliniki Tibbi Mərkəzdə İctimiayyətlə əlaqələr şöbəsinin rəhbəri olub. O, fevralın 1-də öz ərizəsi ilə işdən çıxmışdı.