Logo

Torpaqşünaslıq və Aqrokimya İnstitutu Bərdədə keçirilən Aqrar İnnovasiya Festivalında iştirak edib

14.07.2023 13:25 277 baxış
IMG

Bərdə rayonunda Kənd Təsərrüfatı və Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə 17-ci Aqrar İnnovasiyalar Festivalı keçirilib. Bərdə Peşə Təhsili Liseyində baş tutan festivalda Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu Mobil (Səyyar) Aqrar Laboratoriyası vasitəsi ilə iştirak edib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Torpaqların məhsuldarlığını artırmaq, onun münbitliyini qorumaq, ekoloji təmiz məhsul əldə etmək üçün müasir elmi təcrübi biliklərə əsaslanan, əkin sahəsində birbaşa tədqiqatlar və analizlər aparmaqla vaxt itirmədən fermerə yerindəcə xidmət göstərən Mobil (səyyar) laboratoriya vasitəsi ilə torpaqda qida maddələrinin (NPK) və humusun miqdarı təyin edilir, torpağın aqrofiziki xassələri və qranulometrik tərkibi təyin edilir, torpaq mühitin reaksiyası (pH) müəyyən edilir, torpaqda şorlaşma və şorakətləşmə prosesləri qiymətləndirilir.

Festivalın əsas üstünlüyü fermer və sahibkarların maliyyə resurslarına əlçatanlığını təmin etmək məqsədilə bir sıra dövlət qurumları ilə əlaqələrin qurulmasına nail olmaqdır. Mütəxəssislər tərəfindən festival çərçivəsində fermerləri maraqlandıran mövzulara dair suallar cavablandırılıb.

Xəbər lenti