Logo

ABŞ-də uşaqlar üçün “Qəhrəman Koroğlu” kitabı dərc edilib

07.01.2024 23:19 159 baxış
IMG

ABŞ-nin Mayami şəhərində yaşayan Cənubi Azərbaycan əsilli yazıçı Dr. Dərya Hodainin Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində “Koroghlu the Hero” (“Qəhrəman Koroğlu”) nağıl kitabı çap olunub.

Tehsil.biz Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan mədəniyyətinin zənginliyinə diqqəti cəlb edən kitabın redaktoru Rebekka Klempner, rəssamı Mahsa Hasanpurdur.

giriş hissəsində əfsanəvi qəhrəman olan Koroğlu dastanının türk regionunda geniş yayıldığı, qəhrəmanlıq və ədalət kimi dəyərləri təcəssüm etdirdiyi vurğulanıb.

Dərya Hodai hesab edir ki, bu mədəni irsin ötürülməsi, sadəcə, seçim deyil, gələcək nəsillərin zənginləşməsi üçün zərurətdir: “Mədəni irsimizin qorunması gələcək nəsillərin bənzərsizliyi və qüruru üçün həlledici əhəmiyyət kəsb edir. Koroğlu nağılları, sadəcə, rəvayətlərdən daha artıqdır, onlar Azərbaycan xalqının mətinliyini və ruhunu təcəssüm etdirir. Bu təşəbbüsümün məqsədi ailələr üçün sevimli çığırdaşa çevrilmək, gənc oxucuların qəlbində mədəniyyətimizə sevgini alovlandırmaqdır”.

Qeyd edək ki, bundan öncə yazıçının “Cirtdanın Hellouni” (“Jirtdan’s Halloween) kitabı dərc edilib.

Təbrizdə dünyaya gələn, uzun illərdir ABŞ-də yaşayan Dərya Hodai Ana dilini öyrənib-öyrətmək arzusunu uzaq Mayamidə gerçəkləşdirib. Mədəniyyətimizi və dilimizi yaşatmaq üçün ciddi layihələr həyata keçirir. Azərbaycan nağılları əsasında animasiyalar hazırlayır, uşaqlar üçün Azərbaycan və ingilis dillərində nağıl kitabları nəşr etdirir.

Xəbər lenti