Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Kapadokya Universiteti arasında anlaşma memorandumu və “Erasmus” mübadilə protokolu imzalanıb.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Memorandum və protokolu BDU-nun rektoru Elçin Babayev və Kapadokya Universitetinin rektoru Hasan Ali Karasar imzalayıblar.
Anlaşma memorandumunda birgə konfransların, seminarların, simpoziumların keçirilməsi, ortaq elmi-tədqiqat layihələrinin işlənməsi, akademik və inzibati heyətin, tələbə, doktorant və tədqiqatçıların mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.
“Erasmus” mübadilə protokolu çərçivəsində bakalavr, magistr, tədqiqatçıların və akademik heyətin mübadiləsi həyata keçiriləcək.
Kapadokya Universitetinin əsası 2005-ci ildə qoyulub. Bu universitetdə 4 fakültə, 11 mərkəz və şöbə fəaliyyət göstərir, 9 minə yaxın tələbə təhsil alır.