Logo

Mayın 1-də TOEFL iBT imtahanı keçiriləcək

29.04.2024 10:27 221 baxış
IMG

Dövlət İmtahan Mərkəzində mayın 1-də TOEFL iBT imtahanı keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Xəbər lenti