Logo

BDU-nun “SABAH” qruplarının tələbəsi “Qlobal Tələbə Mübadiləsi Proqramı”nın qalibi olub

29.04.2024 11:05 272 baxış
IMG

Bakı Dövlət Universitetinin “SABAH” qruplarında hüquqşünaslıq ixtisası üzrə təhsil alan III kurs tələbəsi Məsmə Əliyeva ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Bürosu tərəfindən maliyyələşdirilən “Qlobal Tələbə Mübadiləsi Proqramı” (UGRAD) üzrə müsabiqənin qalibi olub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

UGRAD proqramı Beynəlxalq Tədqiqat və Mübadilə Şurası (IREX) tərəfindən həyata keçirilən mədəniyyət və təhsil proqramıdır.

Bu proqram I, II və III kurs tələbələrinə müəyyən imtahanları uğurla verdikdən sonra ABŞ universitet və kolleclərində bir il ödənişsiz təhsil almaq imkanı verir. Proqram ötən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycanda fəaliyyət göstərir.

Proqramın iştirakçıları icmalarını inkişaf etdirmək istəyən gənc liderlərdir. Proqram zamanı UGRAD üzvləri Amerika cəmiyyətini, mədəniyyətini və akademik təhsilini öyrənirlər. Onlar, həm də ictimai işlərdə iştirak edir, peşə bacarıqlarına yiyələnirlər.

Xəbər lenti