Logo

“Apple” telefonlarda süni intellekt tətbiq etmək niyyətindədir

29.04.2024 09:43 247 baxış
IMG

“Apple” şirkəti “OpenAI” ilə bu ilin sonunda “iPhone”-da təqdim olunacaq bir sıra yeni funksiyaları həyata keçirmək üçün süni intellekt texnologiyasından istifadə ilə bağlı danışıqları bərpa edib.

Tehsil.biz xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Bildirilib ki, şirkətlər potensial razılaşmanın şərtlərini və “OpenAI” funksiyalarının yeni iOS 18 əməliyyat sisteminə necə inteqrasiya olunacağını müzakirə etməyə başlayıblar.

Məlumata görə, “Apple” süni intellektin tətbiqi üçün hansı tərəfdaşlardan istifadə edəcəyi ilə bağlı yekun qərarını hələ verməyib. Bu həm “OpenAI”, həm də “Alphabet” ola bilər.

Xəbər lenti